"Şamaxı" daha bir legioner futbolçunu heyətinə qatdı

Hazırda oxunan: "Şamaxı" daha bir legioner futbolçunu heyətinə qatdı

198657

Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.

27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. G.Kantariyanın sonuncu klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz" klubunun da formasını geyinib.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl əcnəbi futbolçulardan Brahim Konateni sıralarına cəlb etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO