Qılıncoynatma komandamız Kazanda bürünc medal qazandı

Qılıncoynatma komandamız Kazanda bürünc medal qazandı

Hazırda oxunan: Qılıncoynatma komandamız Kazanda bürünc medal qazandı

198569

Azərbaycan Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında daha 1 medal qazanıb. 

Bizim.Media xəbər verir ki, qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət komandamız bürüncə sahib çıxıb. 

Sevil Bünyatova, Valeriya Bolşakova, Valentina Zeynalova və Fərəh Abbasovadan ibarət milli ilk görüşdə Hindistanı 45:23 hesabı ilə üstələsə də, yarımfinalda turnirin qalibi Rusiya yığmasına 19:45 hesabı ilə məğlub olub. 

Qadın sablyaçılarımız üçüncü yer uğrunda keçirilən görüşdə Belarusa 45:30 hesabı ilə qalib gəlib. Bununla da Azərbaycan idmançılarının Oyunlarda qazandığı medalların sayı 25-ə yüksəlib. Komandamızın hesabında 4 qızıl, 7 gümüş və 14 bürünc mükafat var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO