Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda çıxış edən Türkiyə - Portuqaliya matçı maraqlı anlarla yadda qalıb.
Bizim.Media xəbər verir ki, qarşılaşmanın 82-ci dəqiqəsində azyaşlı azarkeş meydana daxil olub.
O, Kriştianu Ronaldoya tərəf qaçaraq, şəkil çəkdirmək istəyib. Ulduz futbolçu azyaşlı fanatını səmimiyyətlə qəbul edərək onunla selfi çəkdirib.
Daha sonra azarkeş oyun meydançasından çıxarılıb və matç davam etdirilib.
Qeyd edək ki, oyun Portuqaliyanın 0:3 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bununla pley-offa vəsiqəni təmin edib.
Bizim.Media