Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.
Bizim.Media xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.
Portuqaliya millisi bu qələbə ilə pley-offa vəsiqəni təmin edib.
E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşacaq. Görüş saat 23:00-da start götürəcək.
Avro-2024, qrup mərhələsi, 2-ci tur
F qrupu
20:00. Türkiyə - Portuqaliya - 0:3
Qollar:Bernardu Silva, 22, Samet Akaydın, 28-avtoqol, Brunu Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Siqnal İduna Park"
Bizim.Media