“Bavariya”dan 59 milyonluq TRANSFER

“Bavariya”dan 59 milyonluq TRANSFER

Hazırda oxunan: “Bavariya”dan 59 milyonluq TRANSFER

198547

"Kristal Pelas"ın futbolçusu Maykl Olise karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, "Bavariya" fransalı vingeri transfer etməyə yaxındır. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Münhen klubu 22 yaşlı futbolçu üçün 59 milyon avro ödəyəcək. Fransa millisinin üzvü "Bavariya" ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Kristal Pelas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Gənc futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO