Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
Bizim.Media xəbər verir ki, A qrupunun ikinci görüşündə Şotlandiya və İsveçrə yığmaları üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Şotlandiya seçməsində Skott Mktominay, İsveçrənin heyətində isə Cerdan Şakiri fərqləniblər.
Bu nəticədən sonra xallarını 4-ə çatdıran İsveçrə millisi ikinci pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 6 xalla Almaniya başçılıq edir.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
Bizim.Media