AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heçə ilə YEKUNLAŞDI

AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heçə ilə YEKUNLAŞDI

Hazırda oxunan: AVRO-2024: Xorvatiya - Albaniya matçı heç-heçə ilə YEKUNLAŞDI

198036

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunun görüşləri çərçivəsində Xorvatiya və Albaniya yığmaları üz-üzə gəlib.

Bizim.Media xəbər verir ki, Hamburq şəhərində keçirilən matç məhsuldar heç-heçə ilə yekunlaşıb - 2:2.

Oyunda hesabı 11-ci dəqiqədə albanlardan Kyazim Laçi açıb. 74-cü dəqiqədə Andrey Kramariç "status-kvo"nu bərpa edib. 2 dəqiqə sonra Klaus Qyasulya avtoqol müəllifi olaraq xorvatları hesabda önə çıxarıb.
Bu futbolçu 90+5-ci dəqiqədə daha bir qol vurub. Xorvatiya komandasının qapısına yol tapan yarımmüdafiəçi komandasının bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO