Sərbəst güləşçilərimiz Kazanda 6 medal qazandı

Sərbəst güləşçilərimiz Kazanda 6 medal qazandı

Hazırda oxunan: Sərbəst güləşçilərimiz Kazanda 6 medal qazandı

197962

Rusiyanın Kazan şəhərində BRICS Oyunları davam edir.

Bizim.Media xəbər verir ki, artıq sərbəst güləş üzrə yarışa yekun vurulub. Oyunlara məşqçilər Nazim Əlicanovla Əşrəf Əliyevin rəhbərliyi altında 9 güləşçiylə qatılan komandamızın 6 üzvü fəxri kürsüyə qalxıb.

Qadjimurad Maqomedsaidov (97 kq) bütün rəqiblərinə qalib gələrək Tatarıstanın paytaxtında himnimizi səsləndirib. Murad Haqverdiyev (65 kq), Orxan Abasov (79 kq) və Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyevlə (61 kq) Cəbrayıl Qadjiyev (74 kq) isə bürünc medal qazanıb. Beləliklə, sərbəst güləşçilər BRİCS Oyunlarında 1 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib.

Qeyd edək ki, bu qadın güləşi üzrə medalçılar müəyyənləşəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO