Türkiyə millisi Avropa çempionatına qələbə ilə başladı - VİDEO

Türkiyə millisi Avropa çempionatına qələbə ilə başladı - VİDEO

Hazırda oxunan: Türkiyə millisi Avropa çempionatına qələbə ilə başladı - VİDEO

197915

Bu gün Avro-2024-də 1-ci tura yekun vurulur. 

Bizim.Media xəbər verir ki, bu günə nəzərdə tutulan 2 oyundan 1-i başa çatıb.

F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.

Dortmunddakı “BVB-Ştadion”da keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Tura isə bu qrupun digər oyunu - 39 yaşlı Kriştiano Ronaldonun kapitanı olduğu Portuqaliyanın Çexiyaya qarşı “Leyptsiq Ştadium”da təşkil olunacaq oyunu ilə yekun vurulacaq.
 


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO