Erməni gimnastlar Azərbaycana görə BRİKS Oyunlarından imtina ediblər

Erməni gimnastlar Azərbaycana görə BRİKS Oyunlarından imtina ediblər

Hazırda oxunan: Erməni gimnastlar Azərbaycana görə BRİKS Oyunlarından imtina ediblər

197896

Erməni gimnastlar siyasi səbəblərdən BRİKS Oyunlarında iştirak etməyəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı “Match TV” yayıb.

Erməni gimnast Silva Sarkisyan telekanala müsahibəsində səbəbi belə izah edib:

“Əvvəlcə Ermənistan nümayəndəsi baş hakim təyin olundu. Sonra dəyişdilər, indi yarışın baş hakimi Azərbaycandandır. Beləliklə, Ermənistan geri çəkildi”.

Bundan əvvəl rusiyalı atlet Kristina Makarenko BRİKS oyunlarının Olimpiada ilə müqayisəsini cəfəngiyyat adlandırmışdı:

“Ümid edirəm ki, heç kim bunun eyni şey olduğunu deməyib. Böyük bir başlanğıc kimi BRİKS Oyunlarından duyğular? Qətiyyən yox”.

Qeyd edək ki, BRİKS Oyunları iyunun 12-dən 23-dək Kazanda keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO