Güləşçilərimiz Kazanda 3 medal qazandı

Güləşçilərimiz Kazanda 3 medal qazandı

Hazırda oxunan: Güləşçilərimiz Kazanda 3 medal qazandı

197872

Tatarıstanın paytaxtı Kazan şəhərində keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

Bizim.Media xəbər verir ki, Azərbaycan millisi aktivinə bu gün daha 3 medal əlavə edib.

Belə ki, sərbəst güləşçilərimizdən Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc medal qazanıb.

Bununla da komandamızın hesabındakı medal sayı 6-ya yüksəlib.

Daha öncə karateçi Mədinə Sadıqova (55 kq) birinci, samboçu Rəsul Aydəmirov (98 kq) və avarçəkən Bəhmən Nəsiri üçüncü yeri tutublar.Qeyd edək ki, yarış iyunun 24-də yekunlaşacaq. Oyunlarda Azərbaycan 11 idman növündə 97 idmançı ilə təmsil olunur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO