“Avro 2024”: Türkiyə millisinin oyununu bu hakimlər idarə edəcək

“Avro 2024”: Türkiyə millisinin oyununu bu hakimlər idarə edəcək

Hazırda oxunan: “Avro 2024”: Türkiyə millisinin oyununu bu hakimlər idarə edəcək

197690

Futbol üzrə Avropa çempionatının F qrupunda Türkiyə millisinin Gürcüstan yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

Bizim.Media xəbər verir ki, matçı Argentinadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün referisi Fakundo Telyo olacaq. Ona yan xətt hakimləri Qabriel Çade və Ezekiyel Braylovski kömək edəcəklər. Dördüncü hakim funksiyasını litvalı Donatas Rumşas yerinə yetirəcək.
Oyunun VAR hakimi ispaniyalı Alexandro Ernandes, onun köməkçiləri həmyerlisi Xuan Martines Manuera və ingiltərəli David Kute olacaq.

Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO