AVRO-2024: Bu gün daha 3 oyun KEÇİRİLƏCƏK

AVRO-2024: Bu gün daha 3 oyun KEÇİRİLƏCƏK

Hazırda oxunan: AVRO-2024: Bu gün daha 3 oyun KEÇİRİLƏCƏK

197389

Bu gün futbol üzrə Avropa çempionatında I turun növbəti görüşləri keçiriləcək.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə A və B qrupunun oyunları reallaşacaq.

Günün ilk matçında - A qrupunun oyunları çərçivəsində Macarıstan və İsveç futbolçuları qarşılaşacaq.

B qrupunun ilk görüşü isə paytaxt Berlində gerçəkləşəcək. Saat 20:00-da başlayacaq oyunda İspaniya Xorvatiyanı sınağa çəkəcək.
Günün son oyunu da eyni qrupda baş tutacaq. Saat 23:00 - da start götürəcək matçda İtaliya və

Albaniya seçmələri münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, turnirin açılış matçında Almaniya millisi Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.

AVRO-2024

A qrupu, I tur

15 iyun

17:00. Macarıstan - İsveç

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Köln, “Reyn Enerqi” stadionu.

B qrupu, I tur

20:00. İspaniya - Xorvatiya

Baş hakim: Maykl Oliver (İngiltərə).

Berlin, Olimpiya stadionu

B qrupu, I tur

23:00. İtaliya - Albaniya

Baş hakim: Feliks Çvayer (Almaniya).

Dortmund, "Siqnal İduna Park" stadionu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO