Qrizmann Avro-2024-ün favoritlərindən DANIŞDI

Qrizmann Avro-2024-ün favoritlərindən DANIŞDI

Hazırda oxunan: Qrizmann Avro-2024-ün favoritlərindən DANIŞDI

197374

Fransa millisinin futbolçusu Antuan Qrizmann Avro-2024-ün favoritlərindən danışıb. 

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, o deyib: 

“Düşünürəm, bir neçə favorit var. Evində oynayan Almaniya, daha sonra Niderland, Xorvatiya, İtaliya, İspaniya, İngiltərə milliləri favoritdir. Güclü komandalar çoxdur. Bu çempionat, həqiqətəndə, gərgin keçəcək. 

Bizim oyunumuz özümüzdən asılıdır. Meydanda göstərməliyik ki, bizdə favoritlər siyahısındayıq. Qalanı isə bəxtdən asılı olacaq. Hər şey öz əlimizdədir”

Qeyd edək ki, Avropa çempionatı 14 iyundan 14 iyula qədər keçiriləcək. Fransa millisi D qrupunda Polşa, Niderland və Avstriya milliləri ilə qarşılaşacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO