Byaz püşkü dəyərləndirdi

Byaz püşkü dəyərləndirdi

Hazırda oxunan: Byaz püşkü dəyərləndirdi

197345

"Əlbəttə, püşkün məhz belə nəticələnməsini istədiyimizi desək, doğru olmazdı. Asan qrup deyil".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

 

İtaliyalı mütəxəssis bildirib ki, qrupun aşkar favoriti Belçika yığmasıdır: "Eyni zamanda, digər iki komandanı - İsveç və Avstriyanı da xüsusi qeyd etməliyik. Belə güclü rəqiblərlə rəqabət apara bilmək üçün daha artıq çalışmalı, daha çox fədakarlıq etməliyik".

 

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO