Şəhriyar yenə heç-heçə etdi

Şəhriyar yenə heç-heçə etdi

Hazırda oxunan: Şəhriyar yenə heç-heçə etdi

197019

Daşkənddə şahmat üzrə Masters turnirində 7-ci turun görüşləri keçirilib. 

Bizim.Media xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 6-cı dəfə heç-heçə oynayıb. 

Həmyerlimiz rusiyalı Andrey Qrişuk xalları yarıya bölüb. Hesabında 3 xal olan Şəhriyar 7-ci pillədəki mövqeyi dəyişməyib. Lider mövqeyində qərarlaşan Nodirbek Yakubboyev və Nodirbek Abdusattarov 4,5 xal toplayıb.

Turnir 9 turdan ibarət olacaq.

7-ci tur

Vidiş Santoş Qujarati (Hindistan) – Aleksey Sarana (Serbiya) – 0,5:0,5

Nodirbek Abdusattarov (Özbəkistan) – Rixard Rapport (Macarıstan) – 0,5:0,5

Nodirbek Yakubboyev (Özbəkistan) – Javoxir Sindarov (Özbəkistan) – 0,5:0,5

Parham Maqsudlu (İran) – Yu Yanqyi (Çin) – 0:1

Şəhriyar Məmmədyarov – Aleksandr Qrişuk (FİDE) – 0,5:0,5

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO