Futbol üzrə Portuqaliya millisi AÇ-2024 öncəsi yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, komanda İrlandiya ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.
Komandanın kapitanı Kriştiano Ronaldo 50 və 60-cı dəqiqələrdə fərqlənib. Digər qolu isə 19-cu dəqiqədə Joao Feliks vurub.
Qeyd edək ki, Portuqaliya Avro-2024-də F qrupunda Türkiyə, Gürcüstan və Çexiya ilə mübarizə aparacaq.
Bizim.Media