Angelovski millimizin baş məşqçisi OLA BİLƏR

Angelovski millimizin baş məşqçisi OLA BİLƏR

Hazırda oxunan: Angelovski millimizin baş məşqçisi OLA BİLƏR

196882

AFFA-nın Azərbaycan millisinin baş məşqçi postuna axtarışları davam edir. 

Bizim.Media xəbər verir ki, hazırda danışıq aparılan məşqçilərdən biri də İqor Angelovskidir.

Şimali Makedoniyadan olan çalışdırıcı 2020-ci ildə ölkəsinin millisini tarixində ilk dəfə Avropa çempionatına aparması ilə yadda qalıb. 

48 yaşlı mütəxəssis millidən başqa vətənində "Rabotniçki", Xorvatiyada "Gorica" və Qazaxıstanda "Kaspi" klublarını çalışdırıb. Angelovski bir neçə gün əvvəl Albaniya və Azərbaycan milliləri arasında baş tutan yoxlama matçını da stadiondan canlı izləyib. 

Hazırda işsiz olan əcnəbi mütəxəssisin millimizlə işləyib-işləməyəcəyi yaxın günlərdə bilinəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO