“Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.
Bizim.Media matc.az-a istinadən xəbər verir ki, mövsüm başa çatınca Ayxan Abbasovla yolları ayıran Qərb təmsilçisi onun yerinə əcnəbi mütəxəssis gətirib.
Belə ki, bölgə komandasının türkmənistanlı mütəxəssis Qurban Berdiyevlə danışıqları müsbət yekunlaşıb. 71 yaşlı çalışdırıcı bu məqsədlə 3 gün öncə Azərbaycana dəvət olunub.
1986-cı ildə məşqçiliyə başlayan Berdiyev karyerası ərzində “Taraz”, “Gənclərbirliyi”, “Kayrat”, “Rubin”, “Rostov”, “Traktor”, “Soçi” klublarını, həmçinin Türkmənistan yığmasını çalışdırıb. Onun son iş yeri isə bu il ayrıldığı Mahaçqala “Dinamo”su olub.
Berdiyevin əsas uğurları “Rubin”lə bağlıdı.
O, Kazan klubunda 2 dəfə Rusiya Premyer Liqası və Rusiya Superkubokunu, 1 dəfə isə Rusiya Kubokunu qazanıb.
Berdiyev gələn həftə Bakıya gələcək və tərəflər rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, “Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2023/24 mövsümünü 6-cı pillədə başa çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
İdman
23:40 / 11.06.2024
Qurban hoca “Turan Tovuz”da
Hazırda oxunan: Qurban hoca “Turan Tovuz”da
Hazırda oxunan: Qurban hoca “Turan Tovuz”da
196842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
XƏBƏR LENTİ
23:10
İsrailin Hizbullah qərargahına zərbəsi oyunun qaydalarını dəyişdi - İranın Livandakı səfirliyi
19:06