Gənclərdən ibarət millimizə yeni məşqçilər TƏYİN OLUNDU 

Gənclərdən ibarət millimizə yeni məşqçilər TƏYİN OLUNDU 

Hazırda oxunan: Gənclərdən ibarət millimizə yeni məşqçilər TƏYİN OLUNDU 

196621

12-21 iyul Rumıniyanın Piteşti şəhərində baş tutacaq U-20 oğlanlar arasında basketbol üzrə Avropa çempionatı "B" divizionun oyunları öncəsində, gənclərdən ibarət millimizin məşqçilər korpusunda yeni təyinatlar reallaşıb. 

Bizim.Media xəbər verir ki, U-20 yığmamızın baş məşqçi postuna, əsas millidə Tahir Baxşıyevin köməkçisi olan ispaniyalı mütəxəssis Alberto Blanko gətirilib. 

Birinci köməkçi məşqçi Zaur Paşayev, ikinci köməkçi məşqçi isə Anar Hacıyev olub. 

Qeyd edək ki, ispaniyalı mütəxəssisin planlarında, Avropa çempionatına hazırlıq məqsədi daşıyan bir neçə təlim-məşq toplanışının keçirilməsi də yer alıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO