Bakıda çövkən üzrə dünya çempionatı BAŞLADI 

Bakıda çövkən üzrə dünya çempionatı BAŞLADI 

Hazırda oxunan: Bakıda çövkən üzrə dünya çempionatı BAŞLADI 

196620

Çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, vitse-prezident, həmçinin Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev, federasiya rəsmiləri və idman nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikasının Atçılıq Federasiyasının birinci vitse-prezidenti Bəsirət Quliyev bildirib ki, bu gün ikinci dəfə start götürən dünya çempionatı ilə bağlı qürurla danışır: 

“Bu, qədim və zəngin tarixə malik çövkən idman növünün inkişafına xüsusi töhfə verir. Bu idman növü cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı sayəsində inkişaf edib və kütləviləşib. Beynəlxalq Çövkən Federasiyasının məhz Azərbaycanda yaradılması xüsusi bir hadisədir. Bu bizim ölkəmizdə bir ilkdir. İlk assembleya keçirildi və 19 ölkə bu federasiyanın yaradılmasına dəstək verdi. Bu gün həmin ölkələrin nümayəndələri Bakıdadır. Bütün bunlar çövkən idman növünün dünyada tanınmasına böyük dəstək verir”.

Onun sözlərinə görə, Peşəkar Çövkən Liqasının yaradılması bu idman növünün peşəkar səviyyədə inkişaf etməsinə səbəb olacaq: 

“Məqsədimiz tarixi və mədəni irsimiz olan çövkəni inkişaf etdirərək gələcək nəsillərə çatdırmaqdır. Bu çempionat dostluq, sülh notları ilə yadda qalacaq. Bu çempionat çövkənin geniş kütlələrə çatması və beynəlxalq arenalarda inkişaf etdirilməsinə böyük töhfə olacaq”.

Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev isə dünya çempionatının əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, bu cür tədbirlər çövkən idman növünün inkişafına təkan verərək, populyarlaşmasına səbəb olacaq. Nəbiyev ardınca dünya çempionatını açıq elan edib.

Rəsmi çıxışlardan sonra Dövlət Himni səsləndirilib. Sonra çempionatın iştirakçılarının paradı baş tutub.
Qeyd edək ki, 10 komandanın iştirakı ilə bu gün start götürən çövkən üzrə dünya çempionatı iyunun 16-dək davam edəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO