Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli oldu

Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli oldu

Hazırda oxunan: Milli komandalarımızın Avropa Kubokundakı rəqibləri bəlli oldu

196556

Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol millilərinin Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, qadınların turnirində Azərbaycan millisi ilə yanaşı, Avstriya (ev sahibi), Niderland (2023-cü ilin qalibi), Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya komandaları iştirak edəcəklər.

Kişi basketbolçularımızın rəqibləri isə Avstriya (ev sahibi), Serbiya (2023-cü ilin qalibi), Litva, Niderland, Fransa, İspaniya və Xorvatiya komandaları olacaqlar.

Bratislava (Slovakiya) və Buxarest (Rumıniya) şəhərlərində iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha dörd komanda Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, 9-cu dəfə keçiriləcək Avropa Kubokda 12 kişi və 12 qadın komandası mübarizə aparacaq. Azərbaycan milliləri Kosovonun paytaxtı Priştinada keçirilən seçmə turnirdə qalib gələrək yarışın final mərhələsində oynamaq hüququna yiyələnib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO