Xankəndidə III MDB Oyunları keçiriləcək - FOTO

Xankəndidə III MDB Oyunları keçiriləcək - FOTO

Hazırda oxunan: Xankəndidə III MDB Oyunları keçiriləcək - FOTO

196346

Gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas keçirilib.

Qurumdan Bizim.Media-ya verilən məlumata görə, işçi qrupun üzvləri və oyunların proqramına daxil edilmiş növlər üzrə federasiyaların məsul şəxslərinin də iştirak etdikləri toplantıda idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, yerləşməsi, yarış məkanlarının hazırlıq səviyyəsi, marketinq, media və oyunlara hazırlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın 14 şəhərində - Gəncə, Xankəndi, Mingəçevir, Qəbələ, İsmayıllı, Şəki, Şəmkir, Tovuz, Qazax, Göygöl, Yevlax, Oğuz, Tərtər və Goranboyda 22 idman növü üzrə 33 proqramda keçiriləcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO