Yunan-Roma güləşçimiz reytinq turnirinin FİNALINDA

Yunan-Roma güləşçimiz reytinq turnirinin FİNALINDA

Hazırda oxunan: Yunan-Roma güləşçimiz reytinq turnirinin FİNALINDA

196344

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində finala vəsiqə qazanıb.

Bizim.Media xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda iranlı Meysam Dalxaniyə 10:1 hesabı ilə qalib gəlib. 

M.Məmmədov həlledici görüşdə moldovalı Viktor Kiobanu ilə qarşılaşacaq.

Beka Kandelaki (130 kiloqram) isə ilk qarşılaşmada məğlubiyyətə üzülüb.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycanın sərbəst güləşçilərindən Maqomedxan Maqomedov (97 kiloqram) gümüş, Hacı Əliyev (65 kiloqram) isə bürünc medal qazanıb. Milli komanda iyunun 9-dək davam edəcək reytinq turnirində 14 güləşçi ilə təmsil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO