“Mançester Siti”nin hücumçusu Cek Qriliş İngiltərə millisinin Avro-2024 üçün yekun heyətinə daxil edilməməsinə təəccüblənib.
Bizim.Media xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
O, bundan xəbər tutanda çox əsəbləşib. Bu vəziyyət milli komandanın oyunçuları üçün də böyük sürpriz olub. Yığmanın üzvləri Qrilişin heyətə daxil edilməməsinə görə şoka düşüblər.
Bəzi futbolçular Bosniya və Herseqovina ilə matçda qol ötürməsi verən 28 yaşlı yarımmüdafiəçini ziyarət ediblər. Həmçinin bildirilir ki, İngiltərə millisinin bir futbolçusu vəziyyəti həll etmək üçün baş məşqçi Qaret Sautqeytlə şəxsən söhbət etməyə çalışıb.
Xatırladaq ki, Cek Qriliş bu mövsüm bütün yarışlarda 36 matça çıxıb, 3 qol vurub və 3 qolun ötürməsini verib.
Bizim.Media
- A-
- A
- A+
İdman
03:43 / 08.06.2024
Sautqeytin bu qərarı futbolçuları şoka saldı
Hazırda oxunan: Sautqeytin bu qərarı futbolçuları şoka saldı
Hazırda oxunan: Sautqeytin bu qərarı futbolçuları şoka saldı
196253
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.