Məşhur futbolçudan İranda baş verənlərə ETİRAZ

Məşhur futbolçudan İranda baş verənlərə ETİRAZ

Hazırda oxunan: Məşhur futbolçudan İranda baş verənlərə ETİRAZ

195975

Almaniyanın “Bayer” klubunun iranlı hücumçusu Sərdar Azmun ölkəsində baş verən kütləvi etirazlara münasibət bildirib.

 

Sfera.az xəbər verir ki, Azmun, sosial şəbəkə hesabında baş verənlərə görə artıq susa bilmədiyini yazıb:

 

“Federasiyanın qaydalarına görə, təlim-məşq toplanışı başa çatana qədər heç nə deməməliyəm, amma daha susa bilmirəm. Məni yığmadan qovacaqlarsa, qovsunlar. Bu fədakarlıq iranlı qadının saçının bir tükünə belə, dəyməz. İnsanları belə asanlıqla öldürənlərin başçılarına ayıb olsun! İran qadınları əbədi sevgiyə layiqdir”.

 

Azmun 2022-ci ilin yanvarında Rusiyanın “Zenit” klubundan “Bayer”ə keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO