Şəhriyar Məmmədyarov superturnirdə İŞTİRAK EDƏCƏK

Şəhriyar Məmmədyarov superturnirdə İŞTİRAK EDƏCƏK

Hazırda oxunan: Şəhriyar Məmmədyarov superturnirdə İŞTİRAK EDƏCƏK

195949

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov iyunun 6-da Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək superturnirdə iştirak edəcək.

Bizim.Media xəbər verir ki, 39 yaşlı qrossmeyster ən yüksək reytinqlilərin çıxış etdiyi “Masters” bölümündə mübarizə aparacaq.

Onunla yanaşı, Nodirbek Abdusattorov (Özbəkistan), Parham Maqsudlu (İran), Aleksandr Qrişuk (FIDE), Yangyi Yu (Çin), Vidit Santoş Gucrati (Hindistan), Riçard Raport (Rumıniya), Aleksey Sarana (Serbiya) və digər şahmatçılar turnirdə yer alacaqlar.
Digər şahmatçılarımız Aydın Süleymanlı və Vüqar Rəsulov isə müvafiq olaraq “Challengers” və “Futures” qruplarında mübarizə aparacaq.

Yarışa iyunun 14-də yekun vurulacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO