Millimiz Bolqarıstanı məğlub edərək ¼ finala ÇIXDI

Millimiz Bolqarıstanı məğlub edərək ¼ finala ÇIXDI

Hazırda oxunan: Millimiz Bolqarıstanı məğlub edərək ¼ finala ÇIXDI

195905

Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinə start verilib.

Bizim.Media xəbər verir ki, qrup mərhələsində maksimal nəticə göstərərək play-off mərhələsinə adlayan milli komandamızın bu mərhələdəki rəqibi Bolqarıstan yığması olub.

Oyuna yaxşı başlayan futbolçularımız erkən qol vurub. Ramiz Çovdarov cərimə zərbəsindən fərqlənib. Ancaq birinci hissədə rəqib hesabı bərabərləşdirməyi bacarıb 1-1. İkinci hissə isə millimizin üstünlüyü şəraitində keçib. 
Əvvəlcə Təmkin Xəlilzadə, daha sonra isə Rəvan Kərimovun qolları ilə futbolçularımız rəqibi 3-1 hesabı ilə məğlub ediblər. 

Qeyd edək ki, ¼ finalda yığmamızın rəqibi Qazaxıstan seçməsi olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO