Türkiyə millisində itki - Avro-2024-ü buraxacaq

Türkiyə millisində itki - Avro-2024-ü buraxacaq

Hazırda oxunan: Türkiyə millisində itki - Avro-2024-ü buraxacaq

195878

Türkiyə millisinin üzvü Ozan Kabak Avro-2024-ü buraxacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 

24 yaşlı müdafiəçi ötən gün İtaliya millisi ilə yoldaşlıq oyununda (0:0) zədələnib. Futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanıb. Bununla da onun Avro-2024-ü buraxacağı məlum olub.
Qeyd edək ki, daha əvvəl hücumçu Enes Ünal və digər müdafiəçi Çağlar Söyüncünün də eyni səbəbdən Avro-2024-də iştirak etməyəcəyi açıqlanmışdı.

Xatırladaq ki, 2024-cü il Avropa çempionatı 14 iyun - 14 iyul tarixlərində keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO