"Fiorentina" yeni baş məşqçisini AÇIQLADI

Hazırda oxunan: "Fiorentina" yeni baş məşqçisini AÇIQLADI

195711

"Fiorentina"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

İtaliya klubunu Raffaelle Palladino çalışdıracaq.

40 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. Palladino bu vəzifədə Vinçenzo İtalianonu əvəzləyib. 

Qeyd edək ki, Palladinonun son komandası 2022-ci ilin yayından bu mövsümün sonunadək çalışdırdığı "Monza" olub.

Xatırladaq ki, "Fiorentina" A seriyasının 2023/24 mövsümünü 60 xalla 8-ci yerdə başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO