Tramp məhkəmənin hökmündən asılı olmayaraq prezidentliyə namizədliyini irəli sürəcək

Tramp məhkəmənin hökmündən asılı olmayaraq prezidentliyə namizədliyini irəli sürəcək

Hazırda oxunan: Tramp məhkəmənin hökmündən asılı olmayaraq prezidentliyə namizədliyini irəli sürəcək

195378

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp iyulun 11-də Nyu-Yorkda hakimin elan etdiyi hökmdən asılı olmayaraq Respublikaçılar Partiyasından prezidentliyə namizəd kimi irəli sürüləcək.

Bizim.Media xəbər verir ki, bunu Respublikaçıların Milli Komitəsinin həmsədri Lara Tramp CNN telekanalının efirində bildirib.

“Biz hər şeyə hazırıq. Biz Respublikaçılar Partiyasının namizədi kimi Donald Trampı irəli sürürük. Yekunda həqiqətən vacib olan budur”, - Lara Tramp bildirib.
Onun sözlərinə görə, “yekun hökmü” noyabrın 5-də səsvermə günü Amerika vətəndaşları verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO