Aleks De Souza ilə müqavilə imzalandı

Aleks De Souza ilə müqavilə imzalandı

Hazırda oxunan: Aleks De Souza ilə müqavilə imzalandı

194926

"Antalyaspor" yeni baş məşqçisi Aleks De Souza ilə müqavilə imzalayıb.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı mütəxəssisin sözləşməsi 2 illikdir. Aleks daha əvvəl "San Paulu"nun U-20 komandasında və "Avai"də (Braziliya) çalışıb.

Xatırladaq ki, Braziliya millisinin sabiq üzvü Türkiyədə "Fənərbaxça"dakı çıxışları ilə tanınıb. O, 2004-2012-ci illərdə İstanbul klubunda çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO