Boksçumuz lisenziyanın bir addımlığında

Boksçumuz lisenziyanın bir addımlığında

Hazırda oxunan: Boksçumuz lisenziyanın bir addımlığında

194761

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.

Bizim.Media xəbər verir ki, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 final çərçicəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib.

Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yapondan revanş da alıb.

Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. O, mayın 31-də 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.
Qeyd edək ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO