İkinci Liqaya vəsiqə üçün ilk play-off oyunu keçirildi

İkinci Liqaya vəsiqə üçün ilk play-off oyunu keçirildi

Hazırda oxunan: İkinci Liqaya vəsiqə üçün ilk play-off oyunu keçirildi

194750

Azərbaycan II Liqasını 13-cü sırada başa vuran “Şəfa” klubu Region Liqasının ikincisi “Hypers” klubu ilə üz-üzə gəlib. 

Bizim.Media xəbər verir ki, 2024/2025 mövsümündə II Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü “ASCO Arena”da baş tutub.

Qarşılaşma “Hypers” kollektivinin 2:0 hesabı ilə qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü iyunun 5-də gerçəkləşəcək.
İki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan II Liqasında çıxış etmək hüququ qazanacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO