Millimizin Avropa çempionatı üçün heyəti AÇIQLANDI

Millimizin Avropa çempionatı üçün heyəti AÇIQLANDI

Hazırda oxunan: Millimizin Avropa çempionatı üçün heyəti AÇIQLANDI

194329

Azərbaycanın minifutbol millisinin Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub. 

Bizim.Media xəbər verir ki, yığmamız qitənin ən nüfuzlu yarışına baş məşqçi Elsad Quliyevin rəhbərliyi ilə bu futbolçularla yollanacaq.

Qapıçılar: Vəli Qafarov (“Birbaşa Bakı”), Davud Kərimi (“Zirə”)

Müdafiəçilər: Müseyib Vəliyev, Cəfər Cəfərov (hər ikisi “Birbaşa Bakı”), Tural Məmmədrzayev (“Odlar Yurdu”), Taleh Babayev (“Zirə”)

Yarımmüdafiəçilər: Elvin Əlizadə, Mirmehdi Rzayev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hamısı “Birbaşa Bakı”), Kamran Qürbətov (“Aznur”), Ramiz Çovdarov, Mikayıl Əliyev (hər ikisi “Zirə”);

Hücumçular: Eşqin Tağıyev (“Birbaşa Bakı”), Bəxtiyar Soltanov (“Odlar Yurdu”), Seymur Məmmədov, Rəvan Kərimov, Samir Həmzəyev (hamısı “Zirə”)

Qeyd edək ki, millimiz iyunun 1-dən 8-ə kimi keçiriləcək Avropa çempionatının F qrupunda Fransa, İtaliya və Belçika ilə qarşılaşacaq .

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO