Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev yeni mövsümə fərqli klubda başlaya bilər.
Bizim.Media xəbər verir ki, Şeydayevin “Kocaelispor”dan ayrılmaq şansı yüksəkdir.
Onun Rusiyaya və Azərbaycana qayıtmaq variantları var. Məlumata görə, “Neftçi” Şeydayevi heyətinə qatmaqda israrlıdır.
Qeyd edək ki, Ramil 2024-cü il yanvarın 17-də “Kocaelispor”a keçib və 2025-ci il iyunun 30-na qədər bu kluba məxsusdur. 28 yaşlı futbolçu "Zenit", "Rubin", "Trabzonspor", "Jilina", "Qarabağ", "Krılya Sovetov", "Dinamo"(Moskva), "Sabah", "Buriram Yunayted" klublarında oynayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
![Ramil Şeydayev “Neftçi”yə KEÇİR? Ramil Şeydayev “Neftçi”yə KEÇİR?](https://bizim.media/file/articles/2024/05/27/1716790461_1.jpg)
- A-
- A
- A+
İdman
10:17 / 27.05.2024
Ramil Şeydayev “Neftçi”yə KEÇİR?
Hazırda oxunan: Ramil Şeydayev “Neftçi”yə KEÇİR?
Hazırda oxunan: Ramil Şeydayev “Neftçi”yə KEÇİR?
194245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.