Çerçesovdan millimizin baş məşqçisi təyin olunacağı ilə bağlı xəbərlərə REAKSİYA

Çerçesovdan millimizin baş məşqçisi təyin olunacağı ilə bağlı xəbərlərə REAKSİYA

Hazırda oxunan: Çerçesovdan millimizin baş məşqçisi təyin olunacağı ilə bağlı xəbərlərə REAKSİYA

194231

Rusiya millisinin sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinə mümkün təyinatla bağlı yayılan məlumatlara cavab verib.

Bizim.Media xəbər verir ki, bu barədə Telegram kanalları yazıb.

"Bəli, mən bu barədə xəbərləri görmüşəm. Amma hələlik məsələ rəsmi danışıqlara çatmayıb. Mən belə şeylərə ciddi yanaşıram, çünki Azərbaycan zəngin futbol ənənələri olan ölkədir. Onun milli komandası ilə ən çətin problemləri həll etməm mümkündür.

Avropa Liqasının finalının Bakıda keçirilməsinin özü çox şey deyir. Milli Futbol Federasiyasına bu yaxınlarda yeni prezident Rövşən Nəcəf rəhbərlik edirdi, o, iddialı liderdir və düzgün qərar qəbul etmək üçün onun vaxta ehtiyacı var", - Çerçesov bildirib.

Qeyd edək ki, martın sonunda Çerçesovun Azərbaycan milli komandasının baş məşqçisi postuna namizəd olması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO