Azərbaycan Premyer Liqasında bu gün mövsümə yekun vurulacaq

Azərbaycan Premyer Liqasında bu gün mövsümə yekun vurulacaq

Hazırda oxunan: Azərbaycan Premyer Liqasında bu gün mövsümə yekun vurulacaq

194093

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümə yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, XXXVI turun son qarşılaşmalarında "Turan Tovuz" "Kəpəz"lə, "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Tovuz klubu 45 xalla 6-cı, "Kəpəz" 35 xalla 8-ci, eyni xala malik "Araz-Naxçıvan" 9-cu yerdədir.

Çempion "Qarabağ"ın isə 82 xalı var.

Azərbaycan Premyer Liqası

XXXVI tur

17:00. "Turan Tovuz” –“ Kəpəz”

Hakimlər: Rəşad Əhmədov, Kərim Zeynalov, Sənan Atayev, Nicat İsmayıllı

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: İlham Əliyev

Tovuz şəhər stadionu

“Araz-Naxçıvan”– “Qarabağ”

Hakimlər: Əkbər Əhmədov, Rəhman İmami, Asif Abdullayev, Rauf Allahverdiyev

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“Azersun Arena”

Qeyd edək ki, “Araz-Naxçıvan"la matçdan sonra Premyer Liqanın qalibi olan “Qarabağ” üçün mükafatlandırma mərasimi keçiriləcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO