"Bayer" Almaniya Kubokunun qalibi olub

Hazırda oxunan: "Bayer" Almaniya Kubokunun qalibi olub

194089

Futbol üzrə Almaniya Kubokunun qalibi bəlli olub.

Bizim.Media xəbər verir ki, finalda "Kaiserslautern" və "Bayer" komandaları üz-üzə gəlib. Görüş Leverkuzen təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda yeganə qolu 17-ci dəqiqədə Qranit Caka vurub.

Xabi Alonsonun komandası sonuncu dəfə Almaniya Kubokuna 1992-1993-cü illər mövsümündə sahib çıxmışdı.

Qeyd edək ki, "Bayer" bu mövsüm ölkə çempionu olmağı da bacarıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO