Avropa çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə BAŞLAYIRLAR

Avropa çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə BAŞLAYIRLAR

Hazırda oxunan: Avropa çempionatı: Sərbəst güləşçilərimiz mübarizəyə BAŞLAYIRLAR

193780

Bakıda keçirilən U-23 Avropa çempionatında bu gün Azərbaycanın sərbəst güləşçiləri mübarizəyə start verəcəklər. 

Bizim.Media xəbər verir ki, Elman Ağayev (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Əli Tsokayev (79 kiloqram) və Rəvan Musayev (97 kiloqram) yarışa təsnifat mərhələsindən başlayacaqlar. 

Bu gün, həmçinin qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) qızıl, Mərziyyə Sadıqova (72 kiloqram) isə bürünc medal uğrunda görüşə çıxacaq. 
Qeyd edək ki, Avropa çempionatının ilk 4 günündə Azərbaycan ümumilikdə 9 medal qazanıb.

Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Ruzanna Məmmədova (59 kiloqram) isə bürünc medala yiyələniblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO