Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb

Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb

Hazırda oxunan: Avropa çempionatı: Qadın güləşçimiz bürünc medal qazanıb

193719

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

Bizim.Media xəbər verir ki, 59 kiloqram çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Maria Puiuya tam üstünlüklə (8:0) qalib gəlib.

Yığmanın digər iki üzvü - Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.

Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO