Azərbaycan iqtisadiyyat naziri, Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov yunan-Roma güləşçilərimizi Bakıda keçirilən U-23 Avropa çempionatının qalibi olması münasibətilə təbrik edib.
Bizim.Media xəbər verir ki, bu barədə nazir rəsmi "X" hesabında paylaşım edib.
"Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçirilir. Bu gün başa çatan yunan-Roma güləşi üzrə yarışda millimiz komanda hesabında ilk dəfə Avropa çempionu oldu.
Milli komandamızın üzvləri Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Qurban Qurbanov (82 kq) qızıl, Nihad Quluzadə (60 kq) gümüş, Rəşad Məmmədov (55 kq), Ruslan Nurullayev (72 kq), Laçın Vəliyev (87 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanıblar.
Komandamızın üzvlərini və məşqçiləri təbrik edir, gələcək yarışlarda uğurlar arzulayıram", - deyə M. Cabbarov qeyd edib.
For the first time, the #U23 European #WrestlingChampionship is being held in Baku. Our national team has emerged as the European champions in Greco-Roman #wrestling for the first time ever, with the events concluding today. Members of our national team, including Ziya Babashov… pic.twitter.com/Ho6mKwUUsd
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 22, 2024
Bizim.Media