RƏSMİ: Avropa Liqası və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

RƏSMİ: Avropa Liqası və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

Hazırda oxunan: RƏSMİ: Avropa Liqası və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

193489

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində keçiriləcək. 

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul edilib. 

Avropa Liqasının həlledici görüşü “Tüpraş” stadionunda keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək stadionun adı isə açıqlanmayıb.

Xatırladaq ki, 2019-cu ildə UEFA Super Kubokunun final matçı “Beşiktaş” klubunun ev oyunlarını keçirdiyi “Tüpraş” stadionunda baş tutub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO