9 boksçumuz Olimpiya Təsnifat Turnirində MÜBARİZƏ APARACAQ

9 boksçumuz Olimpiya Təsnifat Turnirində MÜBARİZƏ APARACAQ

Hazırda oxunan: 9 boksçumuz Olimpiya Təsnifat Turnirində MÜBARİZƏ APARACAQ

193482

Mayın 24-də Tailandın paytaxtı Banqkokda boks üzrə II Dünya Olimpiya Təsnifat Turniri start götürəcək.

Bizim.Media xəbər verir ki, 10 gün davam edəcək yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunacaq.

Yığmamızın heyətində Olimpiya lisenziyası uğrunda Şamil Əsgərov (57 kq), Malik Həsənov (63,5 kq), Sərxan Əliyev (71 kq), Alfonso Dominqes (92 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar. 
Turnirdə 133 ölkə və Qaçqınlar komandasından 600-dən çox boksçunun iştirakı gözlənilir. Yarışda kişi idmançıların mübarizəsində 28, qadınlarda 23 nəfər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcək. Reqlamentə əsasən, boksçularımızın mübarizə aparacağı 57 kq-da 3 (kişilər), 63,5, 71 kq-da 5, digər çəkilərdə 4 idmançı Fransa paytaxtında iştirak hüququna yiyələnəcək. Yarışın püşkü mayın 23-də atılacaq. 

Qeyd edək ki, yığmamızın heyətində artıq Nicat Hüseynov (51 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris-2024-ə lisenziya qazanıblar.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO