Dünya futbol tarixində ən uzun penaltilər seriyası qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu, İsrail çempionatında “Dimona” və “Şimşon Təl-Əviv” komandaları arasında II Liqaya vəsiqə uğrunda pley-off oyununda baş verib.
Komandalar penaltilər seriyası zamanı qalib müəyyənləşənədək ümumilikdə 56 zərbə yerinə yetiriblər. Yekunda meydan sahibləri daha dəqiq olublar – 23:22.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunda qeydə alınıb. “Palas” və “Siviks” klublarının görüşündə qalib 48 penalti zərbəsindən sonra bəlli olub.
Bizim.Media
- A-
- A
- A+
İdman
13:22 / 21.05.2024
Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alındı - 56 zərbə
Hazırda oxunan: Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alındı - 56 zərbə
Hazırda oxunan: Dünya futbolunda ən uzun penaltilər seriyası qeydə alındı - 56 zərbə
193258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.