Azərbaycanlı döyüşçü ABŞ-da çempionluq kəməri qazandı - FOTO

Azərbaycanlı döyüşçü ABŞ-da çempionluq kəməri qazandı - FOTO

Hazırda oxunan: Azərbaycanlı döyüşçü ABŞ-da çempionluq kəməri qazandı - FOTO

192822

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Night of Champions” yarışında gecənin əsas döyüşündə qalib gələrək çempionluq kəməri qazanıb.

Bizim.Media xəbər verir ki, yarış UFC-də ("Ultimate Fighting Championship") iştirak etmək üçün idmançılara vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.

Belə ki, 29 yaşlı həmyerlimiz gecənin əsas yarışında 75 kq çəki dərəcəsində ilk raundda rəqibini nokauta göndərib. O, yarışda 9 döyüşü qələbə ilə başa vuran yerli tanınmış döyüşçü Sinjen Smitə (Sinjen Smith) qalib gəlib.

Mirəli Hüseynov qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.
Qeyd edək ki, M.Hüseynov iki ildir Kaliforniyada “America Kickboxing Academy”də yarışlara hazırlaşır. O, bu ilin fevral ayında “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO