Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

Hazırda oxunan: Premyer Liqa: Bu gün üç vacib oyun keçiriləcək

192701

Bu gün Azərbaycan Premyer Liqasında XXXV turun növbəti oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, avrokuboklar uğrunda mübarizə aparan dörd komanda – “Sabah”, “Sumqayıt”, “Neftçi” və “Zirə” meydana çıxacaq.

“Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı, “Səbail” “ASCO Arena”da “Neftçi”ni, “Kəpəz” isə Tovuz şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Hər üç qarşılaşma saat 17:00-da start götürəcək.

Qeyd edək ki, turun digər görüşü isə mayın 19-da “Qəbələ” və “Araz-Naxçıvan” komandaları arasında baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO