Fransa millisinin Avro-2024 üçün heyəti AÇIQLANDI 

Fransa millisinin Avro-2024 üçün heyəti AÇIQLANDI 

Hazırda oxunan: Fransa millisinin Avro-2024 üçün heyəti AÇIQLANDI 

192537

Avropa çempionatında iştirak edəcək futbol üzrə Fransa milli komandasının heyəti açıqlanıb. 

Bizim.Media xəbər verir ki, D qrupunda yer alan yığmanın baş məşqçisi Didye Deşam 24 futbolçuya güvənib.

Qapıçılar: Alfons Areola (“Vest Hem”), Mayk Menyan (“Milan”), Bris Samba (“Lans”);

Müdafiəçilər: Jul Kunde (“Barselona”), Conatan Kloss (“Olimpik”, Marsel), Benjamin Pavar (“İnter”), İbraima Konate (“Liverpul”), Vilyam Saliba (“Arsenal”), Dayo Upamekano (“Bayern”), Teo Ernandes (“Milan”), Ferlan Mendi (“Real”, Madrid);

Yarımmüdafiəçilər: Seko Fofana (“Əl-İttifaq”), Adrian Rabyo (“Yuventus”), Uorren Zair-Emeri (PSJ), Orelyen Tçuameni (“Real”, Madrid), Antuan Qrizmann (“Atletiko”), Nqolo Kante (Əl-Hilal);

Hücumçular: Bradli Barkola (PSJ), Usman Dembele (PSJ), Kinqsli Koman (“Bayern”), Olivye Jiru (“Los-Anceles”), Kolo Muani (PSJ), Kilian Mbappe (PSJ), Markus Turam (“İnter”).

İyunun 14-də start götürəcək AÇ-2024-ə iyulun 15-də yekun vurulacaq. Fransa millisi D qrupunda Niderland, Avstriya və Polşa yığmaları ilə mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO