İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə QAZANDI 

İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə QAZANDI 

Hazırda oxunan: İki boksçumuz beynəlxalq turnirdə finala vəsiqə QAZANDI 

192507

Macarıstanda Eqer şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. 

Azərbaycan Boks Federasiyasından Bizim.Media-ya bildiriblər ki, finala gedən yolda Azərbaycan millisinin 2 idmançısı da mübarizə aparıb. 

Altmış kiloqramda Tağı Nəsibov yerli Daniel Frankla qarşılaşıb. Hər 3 raundu xeyrinə bitirən boksçu 5:0 (30:26, 30:26, 30:26, 29:27, 30:26) hesabı ilə qələbə qazanaraq finala yüksəlib. O, həlledici görüşdə özbəkistanlı Abdulaziz Jurakulovla üz-üzə gələcək. 
Yetmiş bir kiloqramda Abbasqulu Şadlinski də komanda yoldaşının uğurunu təkrarlayıb.

O, yarımfinalda Rastislav Aniskodan (Slovakiya) güclü olub – 5:0 (29:27, 29:28, 29:28, 29:28, 29:28). Şadlinski finalda Arpad Jamborla (Macarıstan) qarşılaşacaq. 

Qeyd edək ki, finallar bu gün keçiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO