Ayxan Abbasov Niderlandın daha bir klubunun düşərgəsində - FOTO

Ayxan Abbasov Niderlandın daha bir klubunun düşərgəsində - FOTO

Hazırda oxunan: Ayxan Abbasov Niderlandın daha bir klubunun düşərgəsində - FOTO

192450

“Turan Tovuz”un İdarə Heyətinin üzvləri Əli Balakişiyev, Səməd Nəsibov, əsas komandanın baş məşqçisi Ayxan Abbasov, köməkçi məşqçisi Elnur Çodarov və akademiya koordinatoru Rasim Əliyevin Niderlanda səfəri başa çatıb. 

Bizim.Media klubun mətbuat xidmətinə isinadən xəbər verir ki, PSV və “Feyenoord”dan sonra  nümayəndələr üçüncü komandanın - “Utrext”in düşərgəsində olublar.

Akademiya koordinatorlarından olan Rik van der Horst 3 ayrı prezentasiya, slayd və köməkçi videomateriallardan istifadə edərək detallı təqdimat nümayiş etdirib. Təqdimatda akademiyanın iş prinsipinin və fəlsəfəsinin təşkili, struktur, təşkilatlanma, uşaqların fərdi və komanda şəklində inkişaf strategiyasının hazırlanması barədə geniş məlumat verilib. Geniş fikir mübadiləsi zamanı koordinator sualları cavablandırıb.

Daha sonra nümayəndələr akademiya komandalarının məşqlərində  iştirak ediblər. "Turan Tovuz" akademiyasının koordinatoru Rasim Əliyev məşqlərdə xüsusi qeydlər götürüb. Daha sonra nümayəndələr “Utrext”in baş məşqçisi Ron Yansla bir araya gəliblər.

Baş məşqçi Ayxan Abbasovla görüşdə geniş və ətraflı fikir mübadiləsi aparılıb. Təcrübəli niderlandlı mütəxəssis əsas komandanın fiziki, taktiki, psixoloji hazırlığı eləcə də həftəlik məşq proqramlarının tərtibi, oyun və rəqib analizlərinin aparılması barədə geniş məlumat verib. Səfərin sonunda nümayəndələr “Utrext”in  əsas komandası və akademiyasının ixtiyarına verilən infrastrukturla tanış olublar. 

Qeyd olunub ki, klubun strategiyasına uyğun olaraq beynəlxalq təcrubə toplamaq və əlaqələri gücləndirmək üçün belə səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO